news Image
2012.08.29
12:50
| A A A
Bu fotoşəkil olay yaradacaq! - FOTO
İspan jurnalı “First Lady” Obamanı çılpaq kölə kimi göstərdi

Movqe.Az xəbər verir ki, İspaniyada nəşr olunan "Maqazine de Fuera de Serie" jurnalının son üz qabığı irqçilik müzakirələrinin başlamasına səbəb olub. Müzakirəyə səbəb olan üz qabığında Mişel Obamanın başı "photoshop" vasitəsi ilə "Marie-Guillemine Benoistin Portrait Dinə Négresse" adlı tablodakı kölə qadının bədəninə yerləşdirilib. Bu tablo köləliyin aradan qaldırılmasının ildönümü münasibətiylə 1800-cü ildə Luvr Muzeyində sərgilənmişdi.

ƏSLİNDƏ MƏQSƏD OBAMANI TƏRİFLƏMƏKDİR

İspan jurnalında yer alan yazıda əslində Mişel Obamaya təriflər yağdırılır və əcdadları kölə olan Obamanın indi ABŞ-ın birinci xanımı olduğunu vurğulanır. Obamanın başının əlavə olunduğu tablonun də sərgilənməsinin ardınca bu tablo qadın və qaradərililərin haqqlarının bir simvoluna çevrilmişdi.

Ancaq bütün bunlar jurnala qarşı "irqçilik" ittihamlarına mane törədə bilməyəcək. Xüsusilə ictimai mediada jurnal sıx tənqid gətirildi.