Əlaqə Arxiv
news Image
2012.08.30
14:27
| A A A
Ən kiçik it iPhonenin üzərində yatır

Movqe.az xəbər verir ki, İngiltərədə dünyaya gələn Yorkshire terrier cinsli it 36 qram ağırlığı ilə ölkədəki ən kiçik baladır. Sahibi Mini adlı iti iPhoneunun üzərində yatızdırır.

Mininin sahibi Emma Villiams İngilis Daily Mail qəzetinə danışaraq Mininin qardaşlarının özündən üç qat böyük olduğunu söyləyib.

Miniyə ana südü ilə bərabər iki saatdan bir xüsusi südlə bəsləyən Villiams bunları deyib: "Doğular doğulmaz onu baytara apardım. Mənə ilk dəfə bu qədər kiçik bir bala gördüklərini dedilər. İnternetdə də araşdırdım, amma onun qədər kiçiyinə rast gələ bilmədik. İndi gündə 2 qram artıq və sağlamlıq vəziyyəti çox yaxşıdır. Baytar yetkin bir it olduqda belə kilosunun ən çox 680 qram olacağını bildirib".

Sizin Reklam Yeriniz