Heyvanları təkcə biologiya sahəsinin mütəxəssisləri tədqiq etmirlər. Onlarla fiziklər də az maraqlanmırlar. Iş ondadır ki, bu canlılar bu və ya digər elmi nəzəriyyəni bütün təfsilatı ilə təsəvvür etməkdə alimlərə kömək edir.
Heyvanlarla bağlı daha çox məşhur olan nəzəriyyələrdən bəzilərini təqdim edirik.
Şredinger paradoksu
Bu məntiqi tapşırığı 1935-ci ildə avstriyalı fizik Ervin Şredinger təklif edib. O, elektronların bir orbitdə itərək dərhal başqa bir orbitdə təzahür etməsi ilə bağlı müəmmalı xüsusiyyəti izah edən xəyali eksperiment keçirib. Alim içərisində Geyger sayğacı (qaz boşalması üçün ona düşən ionlaşdırıcı hissəcikləri avtomatik olaraq hesablayan cihaz), zəhərli qaz olan kiçik balon və radioaktiv hissəcik yerləşən qapalı qutuya salınmış pişiyi təsəvvür etməyi təklif edib.
Əgər pişik özünü maddənin hissəciyi kimi apararsa, radioaktivlik sayğacı işə düşür, balon qaz səpməyə başlayır və pişik ölür. Amma əgər hissəcik dalğalı xüsusiyyət nümyiş etdirirsə, sayğac ona reaksiya vermir və müvafiq olaraq o, sağ qalır.
Ancaq kvant fizikasına görə, hansısa bir müşahidəçi qutuya baxmırsa və onun durumunu qeydə almırsa, pişik eyni zamanda həm diri, həm də ölmüş vəziyyətdə qalır.
Məhz bu nəzəri təsvir teleportasiya haqqında nəzəriyyənin əsasını təşkil edib. Özü də bir sıra tədqiqatçılar hesab edir ki, Şredinger paradoksu təkcə mikrodünya yox, həmçinin makrodünya ilə də əlaqədardır, yəni təkcə mikrohissəciklərə yox, molekullara, müvafiq olaraq, fiziki obyektlərə də aiddir.
Kvant Çeşir pişiyi
Mahiyyətcə müəyyən şəraitdə kvant hissəcikləri və onların xüsusiyyətlərinin məkanda bölünməsinə gətirib çıxaran kvant mexanikası təzahürünü belə adlandırırlar. Effekt "Alisa Möcüzələr Ölkəsində" filminin itərək öz əvəzinə yalnız gülüş qoymaq qabiliyyətinə malik olan personajlarından birinin adı ilə adlandırılıb.
Ilk dəfə kvant Çeşir pişiyi ideyası 2010-cu ildə təklif edilib. Fenomen Laue-Lanjevena İnstitutunda (Qrenobl, Fransa) neytronlarda aşkar edilib. 2013-cü ildə israilli fizik-nəzəriyyəçi Yakir Aoronov təzahürün aşkar edilməsi üçün zəif ölçü üsulundan istifadəni təklif edib.
Pişiyin yağla paradoksu
Məlum olduğu kimi, pişik yerə həmişə pəncələri üzərində, buterbord isə yağlı üzü aşağı olmaqla düşür. Bəs kürəyinə yağın istiqaməti yuxarıya istiqamətlənmiş buterbrod bağlanarsa, pişiklə nə baş verər?
Bəzi zarafatcıl fiziklər hesab edirlər ki, bu halda anti-cazibə qanunu işə düşəcək: ən azı, yerə yaxınlaşana kimi pişik həmişəki kimi- pəncələri üzərində düşməyə çalışacaq, buterbrod isə, onu əks istiqamətə- yağ üzərində düşməyə dartacaq. Nəticədə pişiyin bədəni böyük sürətlə dövrə vuraraq hansısa stabil vəziyyətdə asılı qalacaq. Amma bu, havasız fəzada belə olacaq, çünki enerjinin saxlanması qanununa görə, havanın müqaviməti düşmə ilə bağlı yaranan cazibə enerjisini neytrallaşdırır.
Əslində, burada heç bir təzad yoxdur. Əgər pişik pəncələri üzərində düşərsə, ya buterbrodla hər şey qaydasında olacaq, ya da buterbrod yerə düşəcək.
Bu paradoksun həlli üçün daha bir variant vardır. Burada söhbət mürəkkəb obyektdən gedir və biz ağırlıq qüvvəsini nəzərə almırıq. Məsələn, pişiyin yerində, deyək ki, üzərinə buterbrod bağlanmış qatar olsa idi, necə olardı? Məgər o, havada asılı vəziyyətdə qalardı?
Meymunlar haqqında nəzəriyyə
Nəzəriyyədə bildirilir ki, hansısa mücərrəd bir meymun təsadüfən sonsuz müddət ərzində yazı maşınkası və ya kompüterin dillərini döyəcləyərsə, o, tez və ya gec, hansısa ədəbi bir mətn çap edəcək. Amma tədqiqatçıların əksəriyyəti buna böyük şübhə ilə yanaşırlar. Nəzəriyyənin əleydarlarının fikrincə, meymunun nə vaxtsa normal mətni yığma ehtimalı o qədər azdır ki, hətta o, Kainatın yarandığı vaxtdan klavişlərə döyəcləsə belə, bu, çətin ki, baş verərdi.
Özü də bunun üçün bir sıra şərtlərə riayət olunmalıdır. Məsələn, meymun bu vaxt ərzində ölməməli, yazı maşınkası sınmamalı, kağız isə qurtarmamalıdır.
Axillles və tısbağa
Zenonun Axilles haqda məşhur paradoksuna nəzər salaq. Bu paradoksa görə, guya, Axilles heç vaxt tısbağaya çata bilməz, çünki o, tısbağanın yerləşdiyi nöqtəyə çatan vaxt tısbağa artıq onu qabaqlayır.
Paradoks bundan ibarətdir: Axilles tısbağaya çata bilmir, çünki o, tısbağaya çatana kimi o, müəyyən qədər yerini dəyişir, Axilles bu məsafəni də qət edənə kimi tısbağa yenə müəyyən məsafədə yerini dəyişir və beləcə sonsuzluğa qədər davam edir. Beləliklə, Axilles nə qədər sürətlə qaçırsa, tısbağa ondan qabaqda sürünür. Yeri gəlmişkən, bu, yanlış fikirdir, çünki Axilles tısbağadan daha sürətlə qaçır. Burada isə nəticə hər iki subyektin vaxt üzrə yerdəyişməsi və istiqamətindən yox, sürətdən asılıdır.