news Image
2012.09.04
16:21
| A A A
1 tonluq çizburger rekord qırdı

Movqe.Az xəbər verir ki, ABŞ-da restoranın birində hazırlanan və ağırlığı 1 tondan çox olan çizburger "Dünyanın ən böyük çizburger"i olub.

Birləşmiş Ştatların Minnesota əyalətindəki "Black Bear" restoranında hazırlanan 3000 metr diametrindəki çizburger "Dünyanın ən böyük çizburger"i olaraq "Guinness" Rekordlar Kitabına düşüb.

İnternet qəzeti olan "Huffington Post"un xəbərinə görə 4 saata hazırlanan çizburger "xüsusisi işçi qrupu"nun işi nəticəsində araya-ərsəyə gəlib.

"Guinness" Rekordlar Kitabının nümayəndəsi Filip Robertson rekordu təsdiqlədikdən sonra nəhəng çizburgerin dadına baxıb.

Robertson xüsusi vasitə ilə daşınan çizburger üçün "Həqiqətən çox lezzettli" sözlərini işlədib.

Dünyanın ən böyük çizburgeri üçün 27 kiloqram donuz basdırması, 22 kiloqram göy, 22 kiloqram doğranmış soğan, 18 kiloqram turşu və 18 kiloqram pendir istifadə edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs