Əlaqə Arxiv
news Image
2012.09.13
17:12
| A A A
Təsadüfən kəşf edildi
Elm adamları təsadüf nəticəsində Konqoda yeni bir primat kəşf edib.

Movqe.Az xəbər verir ki, Amerikalı bioloqlar "Plos One" jurnalında nümayiş olunan məqalələrində qeyd ediblər ki, boyları 65 santimetrə qədər çatan boz və sarı tükləri olan primat Lomami hövzəsində tapıldığı üçün "Cercopithecus lomamiensis" adını verilib.

Alimlər 2007-ci ilin iyununda Kongo Demokratik Respublikasında bir ibtidai məktəb müdirinin evinə getdiklərini, burada, daha əvvəl heç görmədikləri meymun növünə aid gənc bir dişi heyvan gördüklərini açıqlayıblar.

Müdirin, meymunun Lesula olduğunu söylədiyini yazan elm adamları, bu yerli adı daha əvvəl heç eşitmədiklərini qeyd edirlər.

2007-ci ilin dekabrında vəhşi həyatda eyni növü kəşf etdiklərini açıqlayan alimlər bu növün soyunun tükənmə təhlükəsiylə qarşı-qarşıya olduğunu, mühafizə altına alınması lazım olduğunu bildirib.

Sizin Reklam Yeriniz