news Image
2012.09.21
16:06
| A A A
Bu mesaj bir anda milyonlarla insane göndərildi

Movqe.Az xəbər verir ki, bütün dünyada reaksiyalara səbəb olan Peyğəmbər əfəndimiz Həzrəti Məhəmmədi (S.Ə.A.S) təhqir edən filmə Türkiyədə reaksiyalar artır. Videonu yayımlamaqdan imtina etməyən "Youtube" və "Google"a 3 günlük boykot çağırışı edilib.

Dünya ümumisindəki rəsmi çağırılara baxmayaraq, "YouTube"un sahibi internet axtarış mühərriki nəhəngi "Google" filmin yayımının dayandırılmayacağını élan edi və bəzi ölkələr "youtube"u qadağan edib.

Türkiyədə telefondan mesaj yoluyla başlanan "youtube" və "google"a 3 gün boyunca girməmək çağırışı verilib. Kimin başladığı bilinməyən mesaj cümə təbriki adı ilə yayılıb. Qadağan edilməsi lazım olan videonu saytında saxlayan "youtube" və "google"u 3 gün müddətində baykot etməyə çağırış var.

BUDUR O MESAJ:

"Bu gündən etibarən 3 gün boyunca bütün müsəlmanlar "Google" və "Youtube" istifadəsini dayandıracaq. Onlar Peyğəmbər Əfəndimizə qarşı təhqir, böhtan və namussuzluq ehtiva edən film nümayişiminin dayandırılmasını rədd edib. Peyğəmbərimi sevirəm deyən ona edilənə öz ailəsinə edilmiş saymadıqca sevirəm deməsin."

Xəbərdarlıqla bağlı dostlarınızı da məlumatlandırın, onlara da bu mesajı göndərin."

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs