Əlaqə Arxiv
news Image
2012.04.13
16:04
| A A A
Niyyət oxuma artıq realdır?
Mövqe.az xəbər verir ki , "Brain Chess" bildiyimiz şahmat oyunu deyil. Beləki oyunçular hərəkətsiz bir şəkildə oturur və daşlar sanki sehrli bir şəkildə həmlə edir.
Bunun açıqlaması belədir ki, beyindən göndərilən əmrlərlə həmlələr edilir. Bunun sirri də geyilən başlıqdan asılıdır. Oyunçu elektroensefalografik bir başlıq geyir. Elektrodlar beyin hərəkətlərini ölçür və hara nə hücum etmək istədiyini təsbit edir. Mövzu daxil edildikdə proqram o adamın beyninə xas həmlələri tanımağa çalışır.
Belə bir texnologiyanın hədəf sahəsi yalnız oyunlar deyil. Tibbdə də buna ehtiyac var. Beləki hərəkət qabiliyyəti məhdud xəstələrin müalicəsində istifadə oluna bilər.
Layihə üzərində çalışan Berlin Texnologiya İnstitutu tədqiqatçılarından biri olan Maykl Tangermana görə bu istifadə üçün hələ zamana ehtiyac var: "Burada gördüyümüz beyin prosessoru ara üzü, kompüterlə beyin arasında bir bağ təşkil edir. Oyunçunun niyyətini həyata keçirir. Oyunçuya yalnız hansı daşla hansı həmləni edəcəyini düşünmək lazımdır. Kompüter bunu qəbul edir. Beləcə əllərinizi istifadə etmədən şahmat oynaya bilirsiniz.
Hədəfimiz hərəkət əzələlərində problemi olan xəstələrə kömək etməkdir. Onların böyük bir qismi bizim qədər şüura sahibdirlər lakin ünsiyyət qurmaqda çətinlik çəkirlər. Biz də onlara nəyə sahib olduqlarını göstərmə imkanı yaratmaq istəyirik."
Tangermana görə beyin qəbul edici kompüter texnologiyası ancaq bəzi əhəmiyyətli əlavələr edildikdən sonra istifadəyə yararlı ola biləcək.

Əfqanə Məzahhirqızı

Sizin Reklam Yeriniz