news Image
2012.04.13
15:17
| A A A
Narkotika istifadə etməyi yaddaşdan silmək olar?
Mövqe.az xəbər verir ki, Çinli elm xadimlərinə görə narkotik maddələrlə bağlı xatirələrə nəzarət etməklə narkotika aludəçilərini yenidən həyata qaytarmaq mümkündür. Onların sözlərinə görə xatirələr ipucları ilə daim əlaqədədir. Beləki toxumaq və yaxud siqaret vərdişi kimi narkotik dərmanlar da insana xoşagələn təsir bağışlayaraq onu daim bu dərmanları istəməyə və yenidən istifadə etməyə təhrik edir . Ekspertlərin sözlərinə görə xatirələri hədəfləmək müalicə üçün yeni vasitələrə səbəb ola bilər. Adətən narkomanları sağaltmaq üçün təkrar-təkrar dərmanlardan istifadə edirlər. Bu isə ipucu və arzu arasındakı əlaqəni kəsə bilər. Tədqiqatlar belə aparılıb: insan yaddaşına sanlıqla təsir edilir.Yaddaş yenidən yaradılarkən kiçik bir məlumat pəncərəsi açılır.
Tədqiqatlar təxminən 11 il nakotik vasitələr istifadə edən şəxslər arasında aparılıb.Onlara yaddaş pəncərəsi açaraq ilk olaraq dərmanlarla bağlı məlumatlandırıcı videolar göstərirlər.10 dəqiqə sonra isə narkotik dərman istifadəsi ilə bağlı şəkillər göstərilir. Şəhərdən kənar ərazidə olan narkomanlara isə yaddaş pəncərəsi açmadan belə videolar göstərilir. 180gün sonra nəticələr bəlli olur. Yaddaş pəncərəsi açılmış narkomanlarda narkotika istəyi yaddaş pəncərəsi açılmamış narkomanlara nisbətən daha zəif olur.Eyni təcrübə narkotik vasitə verilmiş siçanlar üzərində də test olunur. Elm xadimlərinin fikrincə yeni yaddaş pəncərəsi açmaqla narkotik dərman istəyini azaltmaq və hətta unutdurmaq olar. Tədqiqatlar hələ də davam edir.

Əfqanə Məzahirqızı


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs