news Image
2012.10.01
18:00
| A A A
"Bonni və Klayd"ın tapançalarına rekord qiymət verilib

Movqe.Az bildirir ki, ABŞ-ın Nyu Hempşir əyalətində keçirilən hərracda bir zamanların məşhur quldurları olan "Bonnie və Clyde"a aid iki tapança rekord qiymətə satılıb. Amherstdəki RR muzeyində təşkil edilən "Quldurlar, Qanun Qaçaqçıları və Qanun Adamları" adlı hərracda Klayd Barrou və Bonni Parkerdən əlavə Al Kapone, Pretti Boy Floyd və Con Dillinger kimi digər məşhur günahkarlara aid 134 əşya cəmi 1.1 milyon dollara alıcı tapıb.

1934-cü ildə öldürüldüyü zaman Bonni Parkerin üzərindən tapılan 38 kalibr tapançası 264 min dollarla ən yüksək qiymətə satılan silah olub. Adının açıqlanmasını istəməyən alıcı, Klayd Barroun 1911-ci il istehsalı "Colt" marka 45 kalibr tapançasına da 240 min dollar ödəyib.