İnternet şifrəsi seçərkən diqqətli olun
Movqe.az xəbər verir ki, asanlıqla əldə
edilə biləcək bir şifrə, şəxsi fotoşəkillərdən başlayaraq kredit
kartı məlumatlarına qədər hər cür fərdi məlumatın təhlükə altında
olması deməkdir. Bu isə istehlakçıların mobil və onlayn şifrələrilə
virtual oğruların işlərini asanlaşdırır. İnternet istifadəçilərinin
34 faizi məlumatlarını qorumaq üçün köhnə və asanca əldə edilə
biləcək şifrələri seçir, 12 faizi isə şifrələri unutmamaq
üçün bir kağıza yazıb kompüterin yanına qoyur. Nümayiş olunan
şifrələrin 10 faizi "1234 "dir. İstifadəçilərin 71 faizi şifrəsini
əzbərləmək yolunu seçir; əslinə qalsa bu pis bir üsul deyil. Lakin
bu üsul istifadəçilərin asan şifrələr seçmələrinəvə ya birdən çox
hesab üçün eyni şifrəni istifadə etmələrinə gətirib çıxarır.
İstifadəçilərin 46 faizi isə həyati əhəmiyyət daşıyan şifrələrini
ən az bir dəfə unutduqlarını etiraf edir.