ABŞ-ın ən çox qazanan sənətçisi
Movqe.az xəbər verir ki, Riki Martin "Evita" musiqili teatrında Çe
roluyla hazırda Brodveydə ən tanınmış ulduz, ABŞ-da isə ən çox
qazanan sənətçi olmağın sevincini yaşayır. Həftədə yeddi dəfə
səhnəyə çıxan Riki Martin köhnə Argentina prezidenti Juan Peronun
yoldaşı Eva Peronu əks etdirən teatrda Çe roluyla həftədə 100 min
dollar qazanaraq ABŞ-ın ən çox qazanan Brodvey ulduzu ünvanına
layiq görülüb. Martinin pərəstişkarları hər nümayişin sonunda
"Manhattan 45" küçəsində yerləşən "Marquis" teatrının qapısında
sanki ona illər əvvəl "Grammy" qazandıran "livin 'la vida loja"
(çılğın həyat yaşamaq) mahnısını xatırlatmaq istəyirmiş kimi
saatlarla onu gözləyir. Bu səbəblə Martinin şoudan ayrılacağı
saatlarda ətrafda çox böyük izdiham yaranır. Lakin Riki Martinin
ona Brodveydə ən çox qazanan ulduz ünvanını gətirən rolu
2012 sonunda bitəcək. Martinin teatrdan ayrılması vəziyyətində
Mark Antoninin bu rolu Enrique Iglesias və Antonio Banderasa təklif
edəcəyi deyilir.