Əlaqə Arxiv
news Image
2012.10.03
15:37
| A A A
Venerada soyuq hava kütləsi tapılıb
Movqe.az xəbər verir ki, Avropa Kosmos Agentliyinin (ESA) planetlər üzərində araşdırma aparan peyki Venera Ekspress Veneranın cənub qütbündə gündüzlə gecə arasında keçiş müddətinin fotoşəkilini çəkməsi maraqlı görüntülərə səbəb olub. "New Scientist" jurnalında nümayiş olunan araşdırmaya görə, təxminən 464 dərəcə istiliyə sahib Veneranın atmosferində soyuq hava təbəqəsi tapılıb. Yüksək temperaturun hökm sürdüyü planetin atmosferində soyuq hava təbəqəsinin olmasını aşkar edən elm adamları, planetin səthindən 125 kilometr yuxarıda hava istiliyinin -175 dərəcəyə çatdığını, təbəqədə karbondioksiddən ibarət olan quru buz parçaları ola biləcəyini bildirib. ESA-nın Venera Eksress layihəsində çalışan elm adamı Hakan Svedhem, Veneradakı soyuq təbəqə ilə ilk dəfə qarşılaşdıqlarını, Yerdə və ya Marsda buna bənzər bir vəziyyətin olmadığını söyləyib.Svedham soyuq təbəqənin təsirlərinin başa düşülməsi üçün daha çox araşdırma edilməsi lazım olduğunu vurğulayıb.Təxminən 464 dərəcə ilə Günəş sistemindəki ən isti planet olan Venera, Günəş ətrafında digər planetlərə görə tərs istiqamətdə dönür. Bir Venera günü 243 Yer günü, bir Venera ili isə 224 Yer günü davam edir. Venera ilin gündən qısa davam etdiyi yeganə planetdir.
Sizin Reklam Yeriniz