Əlaqə Arxiv
news Image
2012.10.04
17:32
| A A A
“Robot çamadan” icad edilib

Movqe.az xəbər verir ki, İspan dizayneri Rodrigo Garcia Gonzalezin yaratdığı "robot çamadan" cib telefonunun siqnallarını təqib edərək sahibinin arxasınca düşür.

İspan dizayneri Rodrigo Garcia Gonzalez tərəfindən hazırlanana və ağıllı telefonların bluetooh siqnallarını təqib edərək onları izləyən "robot çamadan" xüsusilə ağırlıq daşımaq mövzusunda problem yaşayanların imdadına çatacaq.

İngilis Daily Mail qəzetinin xəbərinə görə çamadanın üzərində olan iki sensor ağıllı telefondakı siqnalları qəbul edir və çamadanı hərəkət etməyə hazır vəziyyət alır. Çamadanda olan mikroprosessor onun hərəkətə keçməsini təmin edir.

"Robot çamadan" ağıllı telefondan gələn siqnalı itirdikdə isə öz-özünü kilidləyir və sahibinin telefonunu titrədir.

Bavulu hazırlayan Gonzales məhsulu bazara çıxarmaq üçün tədbirlər görür. Londonda dizayn və mühəndis biliyinə yiyiələnən 28 yaşlı dizayner qəzetə bunları söyləyib: "İndi çamadanı satışa çıxarmaq üçün bəzi xüsusiyyətlərini inkişaf etdirmək lazımdır. Düşünürəm ki, yaxın gələcəkdə ətrafımızda bu tip çamadanlardan çox görəcəyik".

Sizin Reklam Yeriniz