news Image
2012.10.04
16:18
| A A A
Klinton Aquileranı mükafatlandırıb


Movqe.az xəbər verir ki, 2010-ci ildən bəri dünyada aclığa son qoyulması mövzusunda işlər görən müğənni Kristina Aquilera Hilari Klintonun təşkil etdiyi mərasimdə təltif edilib .Birləşmiş Millətlər Dünya Qida Proqramının aclığa qarşı işlər görən elçisi Aqulera Klintonun Vaşinqtonda təşkil etdiyi "11. Corc McGovern" liderlik mükafatı mərasiminə qatılıb. ABŞ Xarici İşləri Naziri Klinton bu ilki mükafatı dünyada aclığa son qoymaq üçün verdiyi töhfələrə görə Aqulieraya verib.2007-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının yemək proqramından başqa bəzi beynəlxalq təşkilatlarda iştirak edən Agulera bu vaxta qədər təxminən 115 milyon dollar toplanmasına kömək edib. 2 ildir BMT-nin Aclıq Elçisi ünvanına sahib olan Aquilera, 2010-ci ildə bu ünvana layiq görüləndə Oprah Vinfreyin televiziya proqramına qatılmış, "hər 6 saniyədə bir uşaq aclıqdan ölür və bu mənə görə çox əhəmiyəətli bir statistik məlumat"dır deyə çıxış etmişdi.