news Image
2012.10.05
13:16
| A A A
Məşhur aktrisa həbs olunub

Movqe.az xəbər verir ki, Amerikalıməşhur oyunçu Daryl Hannah Kanadadan ABŞ-ın cənubuna xam neft daşıyacaq boru xəttinin inşasına etiraz etdiyi üçün həbs olunub.Houston-Hannahın vəkili Paul Bassis məşhur oyunçunun Vinnsboro şəhərindəyaşayan 78 yaşlı torpaq sahibi Eleanor Feyrçayld ilə birlikdəetiraz nümayişi təşkil etdiyini söyləyib. TransCanada şirkəti tərəfindən Kanadadan Körfəz sahillərinəxam neft daşımaq məqsədiylə inşa ediləcək boru xətti tikintisi üçün Feyrçayldın ərazisinin bir hissəsi nəzarət altına alınmışdı. Aktyorluq kariyerasına 1978-ci ildə Brian De Palmanın "The Fury" adlı qorxu filmi ilə başlayan Hannah, Quentin Tarantinonun "Kill Bill" filmi daxil olmaqla bir çox filmdə rol almışdı. Xatırladaq ki, Hannah, 2011-ci ildədə Vaşinqtondakı Keystone XL boru xətti üçün edilən etiraz nümayişləri zamanı həbs olunmuşdu.