news Image
2012.10.05
14:36
| A A A
"Apple" yeni qərar qəbul edib
Movqe.az xəbər verir ki, "Apple" xəritə tətbiqinə gələn tənqidlər nəticəsində yeni bir qərar qəbul edib. Artıq Apple öz daxilində komanda işiylə bu problemi həll edəcək. Xüsusilə "Apple"nin öz xəritə tətbiqindəki yüzlərlə səhvi  istifadəçilərin Google Maps axtarışlarına gətirib çıxarır. Bu məzmunda Apple öz işçiləri ilə birlikdə yeni bir proqram başladıb. Proqrama görə işçilər "Apple"nin sözügedən  xəritə tətbiqini araşdıracaq və səhvləri təsbit etdikdə aradan qaldırılmasına kömək edəcək. Mağaza işçilərinin həftədə 40 saatını bu işə ayırması gözlənilir. Apple bu sayədə istifadəçilərin tənqidlərini aradan qaldırmağa çalışacaq.Google isə Apple istifadəçilərinin xəritə şikayətlərini yaxından izləyir. Bu mənada Google Maps proqramından növbətti həftələrdə "App Store"dən xəbər gözləyir. Bununla yanaşı Google küçələri gəzən panaromik görüntüsü olan Street View isə artıq Safari vasitəsilə istifadəçilərin xidmətindədir.