Əlaqə Arxiv
news Image
2012.10.05
19:25
| A A A
Romaya gedənlər, diqqətli olun!
Movqe.Az bildirir ki, Romada tarixi ərazilərdə gəzərkən yemək qadağan edilib. Artıq İtalyanın paytaxtında tarixi yerləri gəzərkən heç nə yeməyəcəksiniz. Roma Bələdiyyəsinin verdiyi qərara görə, əsas köhnə şəhər mərkəzi olmaqla tarixi yerlərdə gəzərkən yeyənlərə 500 avroya qədər cəza kəsiləcək. Şəhərin tarixi bölgələrini yeyərək gəzməyə 25 avrodan başlayıb 500 avroya qədər pul ilə cəzalar tətbiq ediləcək.

Belə ki, Florensiya, Venedik ya da Bolonya kimi digər şəhərlərdə də olan bu proqram əsasında arxeoloji ərazilərdə dondurma, buterbrod və bunlar kimi qidalar yeyilməyəcək. Əsərlərin qorunması ilə yanaşı təmizlik xərclərinin azaldılmasına kömək olacaq bu tətbiqi anlamaqda çətinlik çəkənlərin sayı çoxdur.

Xatırladaq ki, İtaliyada da bir neçə il bundan əvvəl bəzi ərazilər çərəz və "fast-food" ilə xarici mətbəx məhsullarına qadağa qərarı verilib.

Sizin Reklam Yeriniz