news Image
2012.10.05
17:27
| A A A
Nyu Yorku timsahlar basıb
Movqe.Az xəbər verir ki, ABŞ-ın Nyu York şəhərindəki bir ticarət mərkəzinin avtoparkına girənlər satışa çıxarılan avtomobillərin arasında gəzən bir timsahla qarşılaşıb. Bu eyni bölgədə bir həftə içində görülən 3-cü timsahdır.
ABŞ-ın Nyu York şəhərinin cənub-şərqində yerləşən Long island adasında bir həftə içində 3 timsah gəzərkən görülüb.
Təhlükəsizlik işçiləri iki timsahın bir gün arayla eyni avtoparkda görüldüyünü bildirir.
"New York Daily Nyus" qəzetinin xəbərinə görə yetkililər ikisi Long Islanddakı Pathmark adlı supermarketin avtoparkında görülən 1 və 2 metr uzunluğundakı timsahların sahibləri tərəfindən küçəyə atıldığını təxmin etdiklərini söyləyib.
Heyvan qoruma dərnəkləri timsahları tutaraq Floridada olan sürünənlət evinə göndərib.