Əlaqə Arxiv
news Image
2012.10.06
15:00
| A A A
Su keçirtdiyi üçün satışı dayandırdı
Movqe.az xəbər verir ki, yeni tablet kompüterin satışı xətalı istehsal səbəbiylə dayandırılıb.Yapon texnologiya şirkəti "Sony" təxminən bir ay əvvəl satışa təqdim etdiyi yeni həb kompüteri "Xperia"nın satışını xətalı istehsal səbəbiylə dayandırıb. Ötən ayın əvvəlində Berlində təşkil edilən istehlakçı elektronikası sərgisi IFA 2012-ci ildə tanıdılan "Sony"nin tablet komputeri 7 Sentyabrda Yaponiya, ABŞ və Avropada satışa çıxmışdı. "Xperia Tablet"indəki ekran və kassa arasındakı boşluqlar səbəbiylə komputerə su tökülməsi nəticəsində xarab ola biləcəyini düşünərək satışları dayandıran Sony, təqdimat və satış fəaliyyətlərində həbin su keçirməz olduğunu iddia etmişdi. 10.1 düymlük "Xperia Tablet"in qiyməti isə 399-599 dollar arasında dəyişir.
Sizin Reklam Yeriniz