Movqe.az xəbər verir ki, gələn ay 101 yaşını qeyd edəcək fransalı velosipedçi Rober Marşan öz yaş kateqoriyasında rekorda imza atıb. Fransanın Leon şəhərindəki velotrekdə yaşlı idmançı 300 dəfə dövrə vurmaqla 100 kilometr məsafəni 4 saat 17 dəqiqə 27 saniyəyə qət edib. Tədbirdə iştirak edən Fransa velosiped idmanı federasiyasının rəsmiləri Rober Marşanın bununla öz yaş kateqoriyasında rekord müəyyən etdiyini bildiriblər.
Bir əsrlik qocanın 51 kiloqram çəkisi var. Keçmiş yanğınsöndürən cavanlıqda həm də həvəskar boksçu olub. Hazırda tək yaşayan Marşan bütün ev işlərini özü görür.Yemək bişirməklə yanaşı avtomobili də özü idərə edir. İndiyə qədər heç vaxt siqaret çəkmədiyini deyən 100 yaşlı qoca zərərli vərdişlərin əvəzinə çaxıra və həyatı boyu gözəl xanımlara üstünlük verdiyini bildirib. Onun qeyri -adi gücə malik olması İnserm elmi araşdırma institutunun alimlərinin də marağına səbəb olub. Hər üç aydan bir onlar Marşanı müayinə edərək onun uzun ömürlü və sağlam səhhətinin sirrini tapmağa çalışırlar.