Əlaqə Arxiv
news Image
2012.10.10
15:30
| A A A
Titanik filmində acı həqiqət

Movqe.Az bildirir ki, "Discovery Channel"da bir-birindən maraqlı təcrübələrin aparıldığı "Mythbusters" adlı proqram acı bir həqiqəti ortaya çıxarıb. Titanic filmində Leonardo Dikaprionun canlandırdığı Cek obrazı əslində xilas ola bilərdi. Proqramda bunu sübut etmək üçün təcrübə aparılıb. Nəticədə isə, əgər Keyt Uinsletin canlandırdığı Roz obrazı xilasedici geyimi çıxardıb taxta parçasının altına qoysaydı, taxta qapı ikisinin də ağırlığını daşıyacaqdı. Suyun üstündə qalan Cek ölməyəcəkdi. 15 il əvvəl çəkilən filmin rejissoru Ceyms Kameron, qrupun "Keytın üzərində yatdığı taxta parçası çox böyük idi. İkisini də daşıya bilərdi. Cek həqiqətən ölmək məcburiyyətində idi?" sualına, "O taxtanın ikisini də daşıya biləcəyini düşünməmişdik. Bundan əlavə, unudursunuz beyler, Cek ölmək məcburiyyətində idi." sözləri ilə cavab verib.

Sizin Reklam Yeriniz