news Image
2012.10.12
16:44
| A A A
Marsda tapılan qaya NASA-nı təəccübləndirib

Movqe.az xəbər verir ki, ABŞ Milli Aviasiya və Kosmos Dairəsinin (NASA) Marsdakı kosmos vasitəsi Kuriositinin lazerlə vurduğu ilk qayanın alimlərin düşündüyündən daha qeyri-adi olduğu bildirilib. Alimlər Kurisitinin iki həftə əvvəl robot qoluyla toxunduğu və lazerlə ondan çox sayda vuruş etdiyi futbol topu böyüklüyündə, piramida şəklindəki qayayla əlaqədar araşdırma nəticələrinin özlərini də təəccübləndirdiyini söyləyib.Sözügüdən qayanın, Marsın səthində görülən digər qayalardan fərqli olduğu, daha çox natrium və kalium tərkibli olduğu deyilib. Elm adamı Edvard Stolper yaşı bilinməyən qayanın, daha çox Havay adasındakı vulkanik qaya parçasına bənzədiyini qeyd edib. Bir zamanlar su saxlayan bu cür qayalar yüksək təzyiq altında, yer altındakı dərinliklərdə meydana gəlir.