Əlaqə Arxiv
news Image
2012.10.15
15:45
| A A A
Uinsor Makkay kimdir?

Movqe.az xəbər verir ki, "Google" ABŞ karikaturaçısı Uinsor Makkayın məhsulu olan cizgi roman qəhrəmanı "Balaca Nemo"nun 107-ci ilini olduqca maraqlı bir şəkil ilə təbrik edib. Cizgi roman şəklində hazırlanan şəkildə Nemo əvvəl Google ölkəsinə düşür. Burada müxtəlif macəralar yaşadıqdan sonra isə yuxudan oyanır. Xatırladaq ki,  ABŞ karikaturaçısı  Uinsor Makkay (d. 26 Sentyabr 1869 - ö. 26 İyul 1934) 1905-ci ildə başlayan Balaca Nemo adlı cizgi romanın və 1914-ci ildə başlayan dinozavr Gertie adlı animasiyalı karikatura ilə tanınır. O, siyasi karikaturaları və şəkilli əhvalatlarıyla məşhur idi.

Sizin Reklam Yeriniz