Əlaqə Arxiv
news Image
2012.10.15
16:45
| A A A
Çox oturmaq olduqca ziyandır
Movqe.Az bildirir ki, İngiltərədə aparılan bir tədqiqata görə, çox oturmaq şəkər, ürək xəstəlikləri və ölüm riskini artırır. "Leicester" və "Loughborough" universitetlərinin Diabetologia jurnalında nümayiş olunan araşdırmalarında, təxminən 800 min adamın qatıldığı 18 araşdırma aparılıb.

Aparılan araşdırmalara görə, uzun müddət hərəkətsiz qalan insanlar, iş çıxışı idman salonuna ya da hovuza gedərək məşq etsələr belə hərəkətsiz qaldıqları müddətin mənfi təsirini tam olaraq ortadan qaldıra bilmirlər. Yəni, gün ərzində 30 dəqiqə məşq edən bir adam, sağlam bir həyatı olduğuna özünü inandırır, ancaq geriyə qalan 23,5 saatda nə etdiyini düşünmür. Uzun müddət oturanların, oturmayanlara nisbətən şəkər və ürək narahatlığı keçirmə riskinin daha çox olduğunu vurğulayan elm insanları, televiziya izləmək və ya kompüter istifadə etmək kimi insanı hərəkətsizliyə aparan vərdişlərin müasir cəmiyyətdə olduqca geniş yayılmış hala gəldiyini bildiriblər.

Onlar, hərəkətsizliyin qarşısını almaq üçün, bəzi iş yığıncaqlarının ayaqda təşkil edilməsi, günorta yeməyi üçün ayrılan müddətdə gəzintinin olmaısnı və ya axşam televiziya izləmə müddətinin azaldılması kimi təkliflər irəli sürüblər.

Sizin Reklam Yeriniz