Əlaqə Arxiv
news Image
2012.10.17
17:55
| A A A
Alkoqolizmlə belə mübarizə aparırdılar

Movqe.az xəbər verir ki, rusların 18-ci əsrdə alkoqolizmlə mübarizə üçün xüsusi olaraq hazırlatdıqları 14 kiloqram ağırlığındakı "medalları" istifadə etdiyi meydana çıxıb. Rus tarixinin ən əhəmiyyətli şəxsiyyətlərindən biri olan Böyük Petronun spirtlə mübarizə üçün maraqlı bir üsul istifadə etdiyi müəyyən olunub. Alkoqolizmlə mübarizə aparan Petro içikili olanların daşıması üçün xüsusi bir medal düzəldilməsi təlimatını verib. Üzərində "zapiyanstva" (sərxoş) yazılan medalların 6-14 kiloqram ağırlığında olduğu ifadə edilib. Petro zamanında polis tərəfindən tutulan sərxoşlar, əvvəl həbsxanaya atılır, sonra da 1 həftədən 1 ilə qədər dəyişən müddətdə daşımaq məcburiyyətində qalacaqları "medallar"ı boyunlarına zincirləyirdilər. Həmçinin bəzi sərxoşların ayaqlarına zəncir vurulduğu bilinir. Hal-hazırda bu medallara Rusiyanın müxtəlif muzeylərində rast gəlmək mümkündür.

Sizin Reklam Yeriniz