Əlaqə Arxiv
news Image
2012.10.17
19:00
| A A A
Piylənməyə "beyində" son qoyulur
Movqe.Az bildirir ki, Dünyanın ən əhəmiyyətli sağlamlıq problemlərindən biri olan piylənmə ilə əlaqədar aparılan son araşdırma, piylənmənin həqiqətən "beyində" bitirilə biləcəyinin mümkün olduğunu sübut edib. Çünki elm adamları, kilonun idarəsində təsirli olan iki hormonun əhəmiyyətini kəşf ediblər. ABŞ-ın Miçiqan Universitetində aparılan araşdırmaya görə, bəzi insanların beyni iştahanı idarə edən hormonlara cavab vermir. Bu iki əhəmiyyətli hormondan biri "grehlin" hormonudur. Bu hormon maddələr mübadiləsini yavaşladır və bədənin yağ yandırma qabiliyyətini azaldır. İkinci və mütəxəssislərin daha çox üstündə dayandığı hormon isə "leptin" hormonudur. Çəkinin nəzarətində açar rol oynayan "leptin" hormonu, beyinə davamlı aclıq siqnalı getməsinin qarşısını alır və daha çox kalori yandırılmasını təmin edən hormondur. Bundan əvvəlki araşdırmalarda "leptin" hormonu ifraz edən insanların kilolarıyla əlaqədar daha çox problem yaşadığı ortaya çıxmışdı. Amma indi, elm adamları leptin hormonunun beyinə çatana qədər ona təsirli olan bir qəbuledici kəşf ediblər. Mütəxəssislərə görə, həddindən artıq çəkili insanlarda bu qəbuledicilər ola bilsin ki, çatışmır. İrəli sürülən bu nəticələr, piylənmə və hormonlarla əlaqəli xəstəliklərin müalicəsində əhəmiyyətli ölçüdə rol oynaya bilər.
Sizin Reklam Yeriniz