news Image
2012.10.18
16:00
| A A A
"Twitter"də bir ilk
Movqe.Az bildirir ki, Sosial paylaşım saytı "Twitter", açıldığı gündən bu yana bir ilki reallaşdırıb və bir hesaba regional olaraq maneə törədib. Alman hökumətinin tələbini dəyərləndirən mikro-bloq saytının rəhbərliyi, neo-Nasist təbliğatı edən irqçi hesaba senzura tətbiq edib. Hesaba Almaniyadan daxil olmaq qadağa olunacaq ,amma dünyanın digər yerlərindən oxunmağa davam edilə biləcək. "Twitter" yanvar ayında irəli sürdüyü "yerli senzura" siyasətini ilk dəfə tətbiq etdi. Bu siyasətə görə, "Twitter" yerli rəhbərliklərin müraciətinə uyğun olaraq, ölkənin qanunlarına zidd olan hesaba regional olaraq senzura qoyacaq. "Twitter" tərəfindən maneə törədilən hesab, Almaniyada qeyri-qanuni "Besseres Hannover" təşkilatına aid olduğu və bu qrupun bütün varlıq və hesablarına qanun gücləri tərəfindən əl qoyulduğu açıqlanıb.