Əlaqə Arxiv
news Image
2012.10.19
17:18
| A A A
Şüşədən məscid rəsmi olaraq açıldı
Movqe.Az bildirir ki, Hindistanın ilk şüşədən məscidi, "Mədinə məscidi" nazir Vinsent H.Pala tərəfindən rəsmi olaraq açılıb. Məscidin bənzərsiz quruluşuna və ruhuna diqqət edən nazir "Bu məscid ölkədəki bütün dinlərin birgəliyinin simvoludur." deyib. "Shillong Müsəlman Birliyi"nin 1 il yarım müddətində inşa etdiyi dörd mərtəbəli Mədinə məscidi, minarəsi və qübbəsi də daxil olmaqla tamamilə şüşədən tikilib. Bir yetimxanaya da ev sahibliyi edən məscid 2 min nəfərlik yerə malikdir. Açılışda çıxış edən Şərqi Xas komissar müavini Sanjay Qoyal, bu təşkilatların yalnız müsəlmanlar üçün deyil, hər kəs üçün sülh və rifahın nümayəndəsi olmasına ümid etdiyini söyləyib.
Sizin Reklam Yeriniz