Əlaqə Arxiv
news Image
2015.10.29
11:00
| A A A
“Forbes” ən varlı mərhumların siyahısını açıqlayıb

"Forbes" jurnalının müəllifləri, həyatda olmasalar belə, pul qazanmaqda davam edən ən varlı məşhurların siyahısını tərtib edib. Söhbət ulduzların ailələrinin hesabına yatırılan müəllif köçürmələrindən gedir.


Movqe.az Vesti.ru saytına istinadən məlumat verir ki, siyahıda bu ilin lideri Maykl Cekson olub. 2009-cu ildə vəfat edən pop-musiqisinin kralı 2015-ci ildə 115 milyon dollar qazanıb. Maykl Ceksonun lent yazıları əla satılır, "Michael Jackson One" şousu isə hələ də populyarlığını itirməyib. Bundan başqa, Ceksonun şərik olduğu "Mijac Music" və "Sony/ATV" kompaniyaları musiqiçinin ailəsinə xeyli miqdarda köçürmələr edir.


Reytinqdə ikinci yerin sahibi 1977-ci ildə vəfat edən Elvis Preslidir. O, 2015-ci ildə 55 milyon dollar qazana bilib.


Ən imkanlı mərhumlar siyahısında ilk üçlüyü karikaturaçı-rəssam Çarlz Şults tamamlayır. Snupi küçüyü və onun sahibi Çarli Braun barədə çəkilən "Peanuts" komiksinin müəllifi il ərzində 40 milyon dollar qazanıb.


"Forbes" jurnalının versiyasına görə ən varlı mərhum ulduzlar siyahısında növbəti yerlər aşağıdakı kimi düzülüb:


Bob Marli (21 milyon dollar);


Elizabet Teylor (20 milyon dollar);


Merlin Monro (17 milyon dollar);


Con Lenon (12 milyon dollar);


Albert Eynşteyn (10,5 milyon dollar);


Betti Peydj (10 milyon dollar).


Xatırladaq ki, 2013-cü ildə mərhum Maykl Cekson hazırda sağ olan Madonnadan daha çox pul qazanıb. Həmin il Ceksonun gəliri 160 milyon dollar olduğu halda, əfsanəvi Madonna öz varidatını cəmi 125 milyon dollara qədər artıra bilmişdi.


Sizin Reklam Yeriniz