Əlaqə Arxiv
news Image
2012.10.22
17:00
| A A A
Köynəyin ən ağıllısı
Texnologiyayla təchiz edilmiş bu köynək 21-ci əsr idmançılarının geyimi olacaq...

Movqe.Az bildirir ki, İsveçrənin Elektron və Mikrotexnoloji Mərkəzindəki cansız manekenlərə geydirilən bu köynəklər yeni bir texnologiyaya əsaslanır. Köynəyə yerləşdirilən miniatür mesaj qutusu və sensorlar sayəsində idmançıların nəfəs alma sürətindən ürək döyüntülərinə, bədən istiliyindən qandakı oksigen sıxlığına qədər fiziki dəyişmələr mütəxəssislər tərəfindən təhlil edilə biləcək. 21-ci əsr idmançıların geyimi olacaq bu ağıllı parça, Elektron və Mikrotexnoloji Mərkəz və İtaliyanın bir firmasının əməkdaşlığı ilə hazırlanıb. Parçanın yığdığı məlumatlar yaddaşda saxlanılır və ya "bluetooth" vasitəsi ilə kompüterə və cib telefonlarına köçürülə bilir. İdman üçün hazırlanan və istifadəsi xeyli asan olan bu sistem gələcəkdə tibb kimi fərqli sahələrdə də tətbiq oluna biləcək. Layihə üzərində çalışan Olivier Qrosenbaçer, "Növbəti addım həkimlərin xəstələrini uzaqdan müşahidə edə bilməsinə imkan yaraan bir proqram inkişaf etdirmək ola bilər. Bunun vasitəsilə, həkim xəstənin məlumatlarını, hər şeyin yolunda olub olmadığını müşahidə edə biləcək və hər hansı bir anormal vəziyyətdə təcili müdaxilə müddətini başlada biləcək.'' Avropa Kosmos Agentliyi Marsa səfər edəcək astronavtların fiziki parametlerini izləmək üçün diqqətini bu sistemə cəmləyərək layihəni inkişaf etdirib. Marsa göndərilmə planı 30-40 il qədər uzaq bir vaxtda planlaşdırılsa da "kosmos köynəyi" yaxın vaxt ərzində dünyada satışa təqdim ediləcək.

Sizin Reklam Yeriniz