Əlaqə Arxiv
news Image
2012.10.23
18:44
| A A A
Tibbdə yeni kəşf olub

Movqe.az "BBC"yə istinadən xəbər verir ki, Uşaq Psixologoyası jurnalında 40 gənc qız üzərində edilən araşdırmada beyindəki duyğular və duyğuların bölgüsü ilə əlaqədar hissələrdə struktur fərqlilikləri olduğu aşkarlanıb. Bir müddət əvvəl gənc kişilər üzərində aparılan araşdırmalarda da bənzər nəticələr üzə çıxmışdı. İngiltərədə hər 100 gənc qızdan 5-ində davranış pozuqluğu olduğu təxmin edilir. Təcavüzkar və anti-ictimai davranışlara gətirib çıxaran ruhi problemlər yetkin yaşlarda ağıl sağlamlığı problemləri və fiziki problemlər yaranması ehtimalını artıra bilir. Son illərdə yetkinlik yaşlarındakı kişilərdə davranış pozuqluğu nisbəti dəyişməsə də, gənc qızlarda əhəmiyyətli artım qeyd edilib. Alimlər beynin "amiyqdala" adlı hissəsinin davranış pozuqluğu göstərən gənc qız və kişilərdə daha kiçik ölçüdə olduğunu müəyyən edib. "Amygdala" başqalarının qorxub qorxmadığını göstərən və insanın özündəki qorxu duyğusunu təyin edən bölgədir. Davranış pozuqluğu göstərən gənc qızların beyinlərində ümumi və  fərdi duyğuları anlamayla əlaqəli "insula" adlı hissənin daha kiçik olduğu təyin olunub. Lakin davranış pozuqluğu göstərən gənc kişilərdə eyni bölgə sağlam yaşıdlarına nisbətən daha böyük çıxıb. Alimlər bu zidd məlumatların səbəblərini anlamağa çalışır.

Sizin Reklam Yeriniz