Artıq mobil telefonunuz cızılmayacaq
Movqe.az xəbər verir ki, mobil telefonu
ekranlarının cızılmasının qarşısını alan "Gorilla Glass"
texnologiyası sürətlə yayılmaqdadır. Xüsusilə ilk dəfə iPhone üçün
istehsal edilən və bu gün bir çox "ağıllı telefon"da istifadə
olunan "Gorilla Glass" əsasən ekranın cızılma və qırılmasının
qarşısını alan bir texnologiya olaraq təyin oluna bilər. Bir
milyarddan çox insanın istifadə etdiyi bu xüsusi şüşələri
"Apple"dan başqa HTC, Acer, Dell, Motorola, Nokia, Samsung və
Sony də istifadə edir. "Gorilla Glass" telefondan başqa tablet kimi
daha böyük miqyaslı ekranlarda da istifadə edilir. "Gorilla
Glass"ın istehsalçısı Korninqin sədr müavini Ceyms B. Flau,
gəlirlərini yüksəltmək üçün müəyyən yerlərdə məsrəfləri
azaldacağını deyərək, işçi sayında da azalma olacağının ilkin
siqnalını verib. "Gorilla Glass"dan başqa şirkət "Willow Glass"
adlı yeni bir texnologiya üzərində də çalışır. Elastik ekranlar
üçün xüsusi olaraqhazırlanan "Willow Glass" kağız incəliyində və
qatlana bilən ekranların cızılmasının qarşısını alacaq.