Əlaqə Arxiv
news Image
2012.10.31
19:12
| A A A
Samsung daha bir "Galaxy"ni rəsmi olaraq tanıtdı
Movqe.Az bildirir ki, "Galaxy S3", "Galaxy Note 2" deyərkən, Samsungdan bir Galaxy daha gəldi. Bu yeni telefonun adı  "​​Galaxy Premier"dir. Samsungun son həftələrdə internetdə bir neçə dəfə danışılan Android dəstəkləyən telefonu "Galaxy Premier" nəhayət gerçəyə çevrilib və şirkət tərəfindən rəsmi olaraq tanıdılıb. "Galaxy S3"ə çox bənzəyən bir dizayna sahib olan "Galaxy Premier I9260", ondan bir az daha kiçik, 4.65 düymlük bir HD Super AMOLED ekrana sahibdir (1280x720). Cüt nüvəli 1.5GHz TI OMAP 4470 prosessor, 1GB RAM, Android 4.1 Jelly Bean, 8MP kamera, 1.9MP qabaq kamerası telefonun texniki xüsusiyyətləri arasında iştirak edir. TouchWiz interfeysi, S Beam, Smart Stay, Direct Call, S Voice, Best Photo kimi Samsung funksiyaları da "Galaxy Premier"da mövcuddur. Bluetooth 4.0, GPS, Wi-Fi, NFC, 8GB və ya 16GB daxili yaddaş, microSD kartı kimi standart xüsusiyyətlərə də sahib olan "Galaxy Premier", içərisində 2100mAh-lıq bir batareya daşıyır. Gələn ay bazara çıxarılacaq olan bu mobil telefon, hal-hazırda yalnız Ukraynada var.
Sizin Reklam Yeriniz