Əlaqə Arxiv
news Image
2012.11.01
15:55
| A A A
Çində doğum icazəsi böhranı yaşanır

Movqe.az xəbər verir ki, 1.3 milyardlıq əhalisiylə dünyanın ən sıx əhalisi yaşayan Çində hökumətə "Think-tank" təşkilatı 2015-ci ilə qədər tək uşaq siyasətini ləğv etmək təklifini irəli sürüb. Çin İnkişaf Araşdırma Fondunun hesabatında, 2015-ci ilə qədər ölkə miqyasındakı hər ailənin iki uşaq doğmasına icazə verilməsi, 2020-ci ilə qədər də bütün məhdudiyyətlərin ləğvi istənilib. Bir və ya iki həftə ərzində son halı yayımlanacaq hesabatda, hökumətə xəbərdarlıq edərək "Əhali strukturu, keyfiyyəti və bölgüsündəki problem gözlə görüləcək bir şəkildə artır və bu Çinin ictimai və iqtisadi inkişafında dərin izlər yaradacaq. Tək uşaq siyasəti səbəbiylə ölkə çox böyük siyasi və ictimai əvəz ödəyib. Bu, ictimai mübarizə ilə yüksək inzibati xərclərlə nəticələndi, dolayı yoldan davamlı cinsiyyət bərabərsizliyinə səbəb olub "deyilib. Pekin rəhbərliyinin, təklifə nə cavab verəcəyi maraqla gözlənilir. Ailə planlaşdırma səlahiyyətliləri isə 30 il əvvəl, artan nüfuzu nəzarət altına almaq məqsədi ilə tətbiq olunmağa başlanan tək uşaq siyasətini müdafiə edərək "Əgər siyasət tətbiq edilməsəydi əhali sayı 1.7 milyarda çatardı" deyə söyləyib. Ölkədə qaydaları pozan cütlər mülkünü və işlərini itirmək kimi ağır cəzalarla üz-üzədir.

Sizin Reklam Yeriniz