news Image
2012.11.02
15:20
| A A A
"iPad Mini"yə maraq azdır
Movqe.Az bildirir ki, iPad Mini satışlarını əvvəl Asiya bazarlarında başladıb, amma əvvəlki Apple məhsullarının satışlarında görülən maraq iPad Mini-də özünü doğrultmayıb. Honq Konqdakı Apple baş diler mağazasının qarşısında günorta saatlarında növbədə yalnız beş adamın olduğu görülüb. Halbuki ötən il iPad2 üçün böyük izdihamlar var idi. ABŞ və Avropa bazarlarıyla birlikdə Honq Konq iPad Mini-nin ilk dəfə satışa çıxdığı 34 yerdən biri oldu. Avstraliya və Yaponiya yerli mətbuatında da 7.9 düymlük planşetə maraq az olduğuna dair xəbərlər var.

Yeni məhsulun ilk gün çox rəğbət görməməsinə səbəb olaraq, alıcıların əvvəldən iPad Mini-ni sifariş verib, təyin olunan saatda mağzalara gəlmələri göstərilir. Yanvar ayında Pekin və Şangayda iPhone 4S almaq üçün növbələrdə gözləyən insanlar arasında izdiham yaşandığı üçün  Apple satışları dayandırmaq məcburiyyətində qalmışdı. Xatırladaq ki, yeni iPad Mini-nin satış qiymətləri 329 dollardan başlayacaq.