Əlaqə Arxiv
news Image
2012.11.02
17:00
| A A A
Avropanın ən hündür göydələni tikilir
Movqe.Az bildirir ki, Rusiyanın paytaxtı Moskvada inşa edilməkdə olan "Mercury City" göydələni Alman araşdırma şirkəti "Emporis" tərəfindən Avropanın ən yüksək göydələni seçilib. 

Moskvanın məşhur "Moscow City" göydələnlər saytında yayımlanan və yüksəkliyi 338 metr olan "Mercury City", Londondakı "The Shard" göydələnindən 28 metr hündür olaraq Avropanın ən yüksək göydələni adına sahib olub. 2012-ci ilin axırında açılışı gözlənilən 180 min metr kvadrat sahəyə malik göydələn cəmi 75 mərtəbədən ibarətdir. Böyük qismi ofis, üst mərtəbələri isə lüks mənzillər olaraq hazırlanan "Mercury City"nin tikintisi "RƏSM Stroy" adlı türk şirkət tərəfindən reallaşdırılıb. Yeni göydələnin mətbuata təqdimatı mərasimində çıxış edən "Mercury" şirkətinin başçısı rus milyarder İqor Kasayev, göydələnin yalnız öz şirkətinin deyil, eyni zamanda Rusiyanın da sürətli inkişafının bir göstəricisi olduğunu vurgulayıb. Kasayev, "Bu göydələnin inşasına başlayan zaman heç kimlə yüksəklik yarışmasına girmək kimi bir planımız yox idi. Amma bu gün ən yüksək göydələnə sahib olduğumuza görə qürur duyuruq." deyib.

Sizin Reklam Yeriniz