Əlaqə Arxiv
news Image
2012.11.02
17:52
| A A A
Ölkə panda sevincini yaşayır
Movqe.Az bildirir ki, Çin nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olan pandaların sayının artırılması üçün mübarizə aparır. Ölkənin cənub-qərbindəki Siçuan əyalətində bir panda dünyaya bala gətirib. Yeni doğulan 7 bala panda ölkədə marağa səbəb olub. Çin mediasında yayımlanan xəbərlərə görə, ölkənin cənubundakı Siçuan əyalətinin paytaxtı Çenqduda yerləşən Panda İstehsal Mərkəzində 7 panda balasının dünyaya gəldiyi bildirilib. Xəbərlərdə, çinli rəsmilərin pandalara böyük əhəmiyyət verdiyi və onlara ölkənin milli varlığı kimi sahib çıxacaqları  bildirilib. Şəxsi istehsal mərkəzində yaşayan pandalar, Çin hökuməti tərəfindən beynəlxalq razılaşmalar qarşılığında xarici ölkələrdəki heyvanat bağçalarına müəyyən müddətə verilir. Mikrobloq saytlarında yazılan şərhlərə görə, panda mərkəzində saxlanılan balaların fotoşəkilini çəkən çinlilər bu heyvanları çəkdikləri üçün özlərini xoşbəxt sayırlar. Çində 10 il əvvəlki hesablamalara görə, 1596 panda qalıb. Bu mərkəzdə süni yollarla dünyaya gətirilən panda sayı isə 108-ə çatıb. Ölkədəki pandaların 1206-na Siçuan əyalətində baxılır.
Sizin Reklam Yeriniz