Əlaqə Arxiv
news Image
2012.11.05
17:34
| A A A
Siçan gətirənə mobil telefon hədiyyə
Movqe.Az bildirir ki, Cənubi Afrikanın Cohannesburq şəhərindəki Aleksandra bölgəsində gecələr bol yemək tapdıqları evlərə girib uşaqların əllərini gəmirən siçanlar xalqa kabus kimi günlər yaşadır. Yardım dərnəklərindən biri şəhərin küçələrində bəslənən siçanları aradan qaldırmaq üçün xalqdan kömək istəyib və 60 siçan öldürənə bir mobil telefon hədiyyə ediləcəyini bildirib. "Guardian" qəzetinin xəbərinə görə, şəhərin küçələrindən sızan kanalizasiya suyuna gələn siçanlar evlərə girib uşaqların əllərini gəmirməyə başlayıblar. Bölgədə fəaliyyət göstərən "Lifeline" adlı yardım dərnəyi siçanları aradan qaldırmaq üçün yerli bir mobil telefonu mağazası ilə razılaşıb. Lakin bəzi heyvan hüquqları müdafiəçiləri mobil telefonu almaq arzusu ilə siçan öldürülməsinin səhv olduğunu bildirərək bu "kütləvi cinayətlər"i "mərhəmətsiz" olaraq xarakterizə edib.
Sizin Reklam Yeriniz