Əlaqə Arxiv
news Image
2012.11.06
15:50
| A A A
2 il əvvəl qaçan timsah tapılıb
Movqe.Az bildirir ki, Qəzzada timsahın tutulması üçün uzun səy sərf edən balıqçılar nəhayət timsahı tutmağı bacarıblar. Qəzzanın şimalındakı Cebaliyə Bələdiyyə Başçısı İsam Cudə verdiyi müsahibədə, ''Timsah təxminən 2 il əvvəl Qəzzanın şimalındakı bir heyvanat bağçasından qaçıb. Qaçan zaman körqə idi və uzunluğu 70 santimetrə də çatmırdı, amma bu gün onun uzunluğu artıq180 santimetrə çatır.'' deyib. Timsahın gölməçədə olduğunu bölgədəki çobanların xəbər verdiyi bildirilib. Onun gölməçə ətrafında otlayan qoyunların bəzilərini yediyi söylənilir.
Sizin Reklam Yeriniz