Əlaqə Arxiv
news Image
2012.11.07
14:53
| A A A
Ürəyinin vəziyyətini öyrənmək üçün aynaya bax
Movqe.Az bildirir ki, Danimarkada aparılan bir araşdırma, ''Ürəyinin nə vəziyyətdə olduğunu öyrənmək istəyənlərin aynaya baxmalarının lazım olduğunu'' irəli sürüb. Araşdırma yaşlı görünən insanların ürək xəstəliyinə tutulma ehtimalının gənc görünən yaşıdlarından daha yüksək olduğunu göstərib. Amerika Ürək Dərnəyinin Los Ancelesdəki konfransında müzakirə olunan araşdırma çərçivəsində Danimarkada 11 min adamın xarici görünüşlərinə ətraflı şəkildə baxılıb. Araşdırma aparan şəxslər, alnı açıq, keçəl qalan, qulaqlarının yaxınlığında qırışıqlıq əmələ gələn və göz qapaqları çökən insanların bu dörd göstəricidən birinə sahib olmayanlara nisbətən infarkt keçirmə ehtimalının daha yüksək olduğunu müəyyən ediblər. Digər tərəfdən mütəxəssislər, üzün hər hansı bir yerindəki qırışıqlığının və saçların ağarmasının böyük risk olmadığını, bunların yaşlanmanın təbii nəticəsi olduğunu bildiriblər.
Sizin Reklam Yeriniz