Əlaqə Arxiv
news Image
2012.11.07
16:00
| A A A
"Apple"a daha bir şok

Movqe.az xəbər verir ki, "Apple" son dövrdə başda "Samsung" olmaqla  rəqibləri ilə apardığı patent mübarizəsi ilə gündəmə gəlib. Bu aqressiv mövqeyi səbəbiylə Stiv Vozniak tərəfindən belə tənqid olunan "Apple" Texas məhkəmələri tərəfindən "VirnetX" adlı şirkətin sahib olduğu patentləri pozması səbəbiylə pul cəzasına məhkum edilib. Dünən nəticələnən iddia nəticəsində məhkəmə "Apple"nin "VirnetX"a aid olan və "FaceTime" kimi xidmətlərdə icazə istifadə etdiyi təsbit edilən patentlər üçün şirkətə 368.2 milyon dollar ödəməsinə qərar verib. "VirnetX" tərəfindən tələb edilən 900 milyon dollar münsiflər tərəfindən çox məbləğ olduğu düşünülsə də, şirkətin zərərinin 368.2 milyon dollar olduğuna qənaət gətirilib.


Sizin Reklam Yeriniz