Əlaqə Arxiv
news Image
2012.11.07
16:45
| A A A
Dünyanın ən balaca məktəblisi - FOTOLAR
Bu yaxınlarda dünyanın ən balaca qızcığazı hesab edilən Şarlotta Qarsaydın 5 yaşı tamam oldu və o, məktəbə yollandı.
Movqe.Az-ın verdiyi məlumata görə, balaca qızcığaz ibidai məktəbə valideynləri Emma Nyuman və Skot Qarsayd tərəfindən gətirilib. Onlar ümidvardırlar ki, Şarlotta uşaq kollektivi ilə rabitə yarada biləcək.
Qyed edək ki, çəkisi cəmi 4 kq, boyu isə 68 sm olan Şarlotta anadangəlmə xəstəliklə əlaqədar olaraq, cırtdanlığın ən nadir növünə tutulub. O, dünyaya gələndə tibb işçiləri onun yaşama şansının az olduğunu deyərək, cəmi bir neçə il ömür sürəcəyini bildirmişdilər. Lakin "düyməcik" hamını təəccübləndirərək fəal, şən, çox mehriban qız kimi böyüməkdə davam edir.
Məktəbdə onun intellektual səviyyəsi üç yaşlı uşağınkı ilə eyni olduğu üzə çıxıb. Bu valideynləri çox sevindirib.
Balaca qızcığaz oyuncaqların və həmyaşıdlarının yanında qeyri-adi görünür.
Qeyd edək ki, Şarlotta ailənin yeganə övladı deyil, onun özündən böyük 3 bacısı - Xloya (15 yaş), Sabrina (12 yaş) və Sofiya (8 yaş) var.
İlk öncə valideynləri məktəbdə onun təhlükəsizliyindən narahat idilər. Lakin orda qızcığazın şəxsi pedaqoqu var, həmçinin o, göründüyündən daha güclü iradəyə malikdir.
Sizin Reklam Yeriniz