Əlaqə Arxiv
news Image
2012.11.08
14:33
| A A A
"Super Dünya" kəşf edildi
Movqe.Az bildirir ki, Elm adamları dünyadan 42 işıq ili uzaqda tapılan kiçik bir ulduzun orbitində "Super Dünya"nı kəşf edib. "Astronomy & Astrophysics" jurnalında nəşr olunan araşdırmaya görə, "Super Dünya" dünyanın 7 qatı böyüklüyündədir. Araşdırmanı idarə edən İngiltərədəki "Hertfordshire" Universitetindən olan Mikko Tuomi ilə Almaniyadakı "Goettingen" Universitetindən Quillen Anqlada-Eskud, 2008-ci ildə kəşf edilən və "HD 40307" adı verilən cücə ulduzun orbitində 6 planetin olduğunu söyləyiblər. "HD 40307"dən ən uzaqda yerləşən "Super Dünya" cücə ulduzun orbitindəki fırlanmanı 320 gündə tamamlayır. Cücə ulduza çox yaxın olan digər 5 planet isə çox isti olduğu üçün su saxlama ehtimalı daşımır. Qayalıq bir quruluşa sahib "Super Dünya"nın içində yerləşən planet sistemi Çilidə olan La Silla rəsədxanasından "HARPS" teleskopu vasitəsilə əldə edilən məlumatların yenidən analiz edilməsi ilə məlum olub.
Sizin Reklam Yeriniz