news Image
2012.11.12
19:00
| A A A
Oxuduğu kitab ailəsini dağıtdı
Movqe.Az bildirir ki, Dünyada böyük əks-səda doğuran "Boz rəngin 50 çaları" (Fifty Shades of Grey) romanı, ingilis bir qadının ailəsini dağıdıb. "Daily News"un xəbərinə görə, maddi vəziyyəti olduqca yaxşı olan 41 yaşlı bank işçisi bir qadın, "darıxdırıcı şəxsi həyatları" olması səbəbi ilə ərini boşanmaq üçün məhkəməyə verib. Eşq həyatlarını canlandırmaq üçün romandakı fantaziyaları təklif edən qadın, əri tərəfindən məntiqsiz davranışı səbəbi ilə danlandığına görə dərhal vəkili ilə danışıb. Hadisəni təəccüblə qarşılayan vəkil belə bir iddianın ilk dəfə görüldüyünü açıqlayıb. Nəzərinizə çatdıraq ki, 49 yaşlı ingilis yazıçı E.L.Ceymsin romanında milyarder iş adamı ilə ədəbiyyat şagirdi gənc qızın qeyri-adi cinsi əlaqələrindən bəhs edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs