Əlaqə Arxiv
news Image
2012.11.13
15:30
| A A A
"Apple" "iPhone 5S"-in istehalına başlayacaq
Movqe.Az bildirir ki, "Apple"ın "iPhone 5S" üçün istehsal sifarişi verdiyi məlum olub. Çində dekabr ayında sınaq istehsalına başlayacaq "Apple" "Yeni iPhone 5" və ya "iPhone 5S" adını daşıyacaq olan telefon üçün 50 min ilə 100 min ədəd arasında sifariş verib. İş dünyası istiqamətli Çinin "Commercial Times" qəzetində nəşr olunan xəbərə görə, istehsal hesabatına görə "iPhone 5"in aşağı məhsuldarlıq dərəcələri ilə qarşılaşan "Apple", "iPhone 5S" və komponentləri ilə əlaqədar prosesləri sürətləndirib. Hələ dizayn və xüsusiyyətləri bilinməsə də, "iPhone 5S" üçün sınaq istehsalına gələn ay başlayacaq "Apple", 2013-cü ilin ilk rübündə daxili istehsal üçün "start" düyməsinə basacaq. "iPhone 5S"in 2013-cü ilin yaz aylarında bazara çıxacağı güman edilir. Hesabata görə,  "iPhone 5S"dən  sonra da yeni nəsil "iPad" və "iPad Mini" üçün istehsala başlanılacaq.
Sizin Reklam Yeriniz