Əlaqə Arxiv
news Image
2012.11.14
10:20
| A A A
Adamları 3D printer çap edəcək
Yaponlardan yeni ixtira

Movqe.Az xəbər verir ki, "Omote 3D" fotostudiyasında çəkiliş 3 mərhələdən ibarətdir: əvvəlcə operatorlar insanı "3D" skanerlə skanlaşdırırlar, bundan sonra kompüterdə xüsusi proqram təminatı vasitəsilə onun modeli tərtib edilir. Şəkil çəkdirən şəxsin "3D" printer vasitəsilə həcmli fiqurunun yaradılması isə son mərhələdir.

Birinci mərhələ (skanlaşdırma) təxminən 15 dəqiqə vaxt alır. Bu vaxt ərzində şəkil çəkdirən eyni mövqedə dayanmalıdır, buna görə fotoçəkilişdə 6 yaşa qədər uşaqların iştirakı tövsiyə edilmir.

Studiya fiqurların hazırlandığı material və çap texnologiyası haqqında məlumat verməyib. Fiqurun hündürlüyünü (10, 15 və ya 20 santimetr) müştəri özü seçir. Xidmətin qiyməti seçilmiş hündürlük və iştirakçıların sayından asılıdır. "Omote 3D" noyabrın 24-də açılacaq və yanvarın 14-nə qədər fəaliyyət göstərəcək.

Sizin Reklam Yeriniz