Əlaqə Arxiv
news Image
2012.11.14
15:25
| A A A
Günəş tutulması 2 dəqiqə davam edib

Movqe.az xəbər verir ki, Avstraliyanın şimalı və Sakit okeandakı adalar bu gün tam günəş tutulmasına şahid olub. Avstraliyanın "Queensland" əyalətinin şimalındakı sahillər və yüksək yerlərə toplaşan insanlar 2 dəqiqəlik tam günəş tutulmasını izləyib. Avstraliya mediası günəş tutulmasını izləmək üçün təxminən 60 min turist və yerli əhalinin bölgəyə axın etdiyini bildirib. Tam günəş tutulmasının yalnız 170 kilometr uzunluğundakı sahil bölgəsində görüldüyü deyilib. Avstraliyada günəş tutulması son dəfə 10 il əvvəl yaşanmışdı. Avstraliyada növbəti günəş tutulması isə 2028-ci ildə görülə biləcək.

Sizin Reklam Yeriniz