Əlaqə Arxiv
news Image
2012.11.14
15:55
| A A A
"Qaranlıq enerji"nin sirri nədir?
Movqe.Az bildirir ki, Qaranlıq enerji vaxt keçdikcə dəyişir. Bu nəticə kainatın genişlənməsinə səbəb olan qaranlıq enerji üzrə çalışan elm adamlarının son işinin ortaya çıxardığı nəticələrdən biridir. Bu tapıntı, kainatın başlanğıcında qaranlıq enerjinin təsirli rol oynamadığı fikrini təsdiqləyir. Fizikanın ən böyük sirrlərindən biri olan kainatın sürətlə genişlənməsinə səbəb nədir? Bu suala cavab tapmağa çalışan mütəxəssislər, bu müddətdə qaranlıq enerjinin oynadığı rolu anlamaq üçün, bu enerjinin təbiətini kəşf etmək məcburiyyətində qalıblar. Bunun üçün də kainatın üç ölçülü xəritəsinin çıxarılması lazımdır. Ancaq iş müddəti olduqca qarışıq və qaranlıqdır. Çünki, kainatın 73 fazinin qaranlıq enerjidən, 23 faizinin isə qaranlıq maddədən meydana gəldiyi fərz edilir. Və yalnız 4 faizi bilinən maddədən ibarətdir. Elm adamları da kosmosdakı hidrogen yüklü qaz ​​buludlarının paralanmasını araşdıraraq bir nəticəyə çatmaq istəyirlər. Araşdırma ilə bu sirrli gücünün 10 milyard il əvvəlki xüsusiyyətləri ilə vaxt keçdikcə yaranan təsirini anlamaq mümkün ola biləcək. İlk məlumatlar qaranlıq enerjinin vaxt ötdükcə xüsusiyyətlərini dəyişdirdiyini göstərir. Əldə edilən digər nəticə isə, enerjidə kosmosun xüsusiyyətlərindən olduğu və daha geniş kosmosda da daha çox enerjinin olacağı məsələsidir. Enerjinin artmasıyla birlikdə də kainatın gənişləməsinin sürətləndiyi, qalaktikaların da gedərək daha sürətlə bir-birindən uzaqlaşdığı düşünülür.
Sizin Reklam Yeriniz