news Image
2012.11.15
15:30
| A A A
Bu da yeyilə bilən "IPhone 5" örtüyü
Movqe.az xəbər verir ki, Yapon təşəbbüskarlarından biri hazırladığı "yeyilə bilən" iPhone örtüyüylə dünyanın diqqətini özünə çəkməyi bacarıb. Belə ki, düyü və duzdan istifadə edilərək hazırlanan "Survival Senbei IPhone 5" adlı bu xüsusi örtük, təbii fəlakət kimi insanların çarəsiz qaldığı vəziyyətlərdə 'həyat" qurtarmağı hədəfləyir. Lakin  örtüyün ciddi bir problemi var: Son dərəcə həssasdır. Örtüyün dizaynçısı Mariko istifadəçilərin örtüyü istifadə edərkən diqqətli olmalarını, əks halda örtüyün parçalanacağını bildirib. Təxminən 40 dollarlıq qiymət etiketiylə satışa təqdim edilən bu maraqlı örtüklərdən gündə yalnız 3 ədəd istehsal edildiyini ifadə edən Mariko, örtüyə sahib olmaq istəyən istifadəçilərin bir ay əvvəldən sifariş vermələri lazım olduğuna diqqət çəkib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs