Əlaqə Arxiv
news Image
2012.11.15
16:00
| A A A
Qadınlar həmcinsləri üçün geyinirlər
Movqe.Az bildirir ki, İngiltərədə məşhur çimərlik geyimi firmasının apardığı araşdırmada qadınların küçədə gedərkən kişilərə deyil, digər qadınlara diqqət etdiyi və onları müzakirə etdikləri məlum olub. Araşdırmaya qatılan 2000 qadının yarısı özlərini bir yerdə çalışdıqları ya da küçədə gördükləri qadınlarla müqayisə etdiklərini söyləyib.

"Daily Mail" qəzetində nəşr edilən nəticələrinə görə, qadınlar digər qadınlara ən çox çimərlikdə baxır və çimərlik geyimlərində gözəl görünmək istəyirlər. Araşdırmaya qatılan qadınların 42 faizi xüsusilə rəfiqələri ilə bir yerə gedərkən kişilərdən çox birlikdə getdikləri qadınlara təsir etmək üçün geyindiklərini söyləyiblər. Araşdırmanın nəticələrinə baxan firmanın işçilərindən biri Helen Boyl mövzuyla əlaqədar olaraq bu sözləri deyib: "Dünyada özünə baxmaq istəməyən və digər qadınların nə geydiyinə fikir verməyən bir qadın yoxdur." Araşdırmaya görə qadınlar ən çox həmcinslərinin paltarlarına baxırlar. Paltarlardan sonra isə sıra ilə saçlar, rəng, bədən ölçüləri, dekolte, selülit, sinə ölçüsü, ayaqqabı və çantalar gəlir.

Sizin Reklam Yeriniz